Üç xalq prinsipi
Üç xalq prinsipi (millətçilik, demokratiya və xalq rifahı) - (Sanmin doktrinası - ənənəvi Çin heroqlifləri ilə: 三民主義, sadələşdirilmiş Çin heroqlifləri ilə: 三民主义, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: Sān Mín Zhǔyì, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : сань минь чжуи) - Çin filosofu və siyasi xadimi Sun Yatsen tərəfindən işlənilmiş və təkmilləşdirilmiş siyasi doktrina. Çinin azad, çiçəklənən və güclü dövlətə çevrilməsinə istiqamətləndirilmiş siyasi fəlsəfənin tərkib hissəsi.
"Üç xalq prinsipi" ideologiyası daha çox Çin Respublikasının (Tayvan) dövlət quruluşu haqqında baxışlar sistemi və Homindan ideologiyası əsasında formalaşmışdır. Bu "xalq prinsipləri" Tayvanın dövlət himninin birinci sətrində və və Tayvan Konstitusiyasının birinci maddəsində də öz əksini tapmışdır .
Millətçilik prinsipi - ənənəvi Çin heroqlifləri ilə: 民族主義, sadələşdirilmiş Çin heroqlifləri ilə: 民族主义, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: mínzú zhǔyì, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : миньцзу чжуи) - Çinin imperialist dövlətlərinin dominionluğundan azad olunmasını nəzərdə tuturdu. Sun Yatsen hesab edirdi ki, bu məqsədə çatmaq üçün "vətəndaş millətçiliyi"nin (etnik mərkəzləşdirilmənin əksinə) inkişaf etdirilməsi və Çinin müxtəlif xalqlarının, ilk növbədə, beş əsas xalqın (xantsıların, monqolların, tibetlilərin, mancurların və uyğurların bir hissəsini təşkil edən müsəlmanların) birləşdirilməsi zəruridir. Bu beş xalqın birliyi Çin Respublikasının (1911-1928) beş rəngli bayrağında öz ifadəsini tapmışdır. Əslində isə bu nəzəriyyə həmin xalqların süni şəkildə mancur mənşəli Tsin imperiyasının süqutundan sonra özünüidarə hüququ almış xantsıların milli dövlətinin - Çin Respublikasının tərkibinə daxil edilməsini nəzərdə tuturdu.
Demokratiya prinsipi - ənənəvi Çin heroqlifləri ilə: 民權主義, sadələşdirilmiş Çin heroqlifləri ilə: 民权主义, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: mínquán zhǔyì, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : миньцюань чжуи) - qərb yönümlü konstitusiya idarəçiliyinə uyğun gəlirdi. Sun Yatsenin ideyasına əsasən Çinin siyasi həyatı üçün ən ideal variant hakimiyyətin iki yerə bölünməsidir:
Siyasi hakimiyyət - ənənəvi Çin heroqlifləri ilə: 政權, sadələşdirilmiş Çin heroqlifləri ilə: 政权, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: zhèngquán, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : чжэнцюань) Qərbdə olduğu kimi vətəndaşlıq hüquqlarının və parlament hüquqlarının siyasi tələblərdə ifadə olunması.